Modern.az

Makron yeni baş naziri nə vaxt təyin edəcəyini açıqladı

Makron yeni baş naziri nə vaxt təyin edəcəyini açıqladı

Aktual

25 İyul 2024, 09:20

Fransa prezidenti Emmanuel Makron böyük ehtimalla Parisdə keçiriləcək Olimpiya oyunlarından sonra Fransanın yeni baş nazirini təyin edəcək.

Modern.az xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

"Olimpiya oyunlarının avqustun ortalarına qədər keçirilməsinə diqqət yetirmək lazım olduğu tamamilə aydındır",- deyən prezident Makron “France 2”yə bildirib və əlavə edib ki, bundan sonra, ola bilsin, partiya danışıqlarının necə getməsindən asılı olaraq, yeni baş nazir təyin etsin və ona mümkün olan ən geniş əsasda yeni hökuməti qurmağı tapşırsın.

Xatırladaq ki, hazırda Fransanın baş nazirinin səlahiyyətlərini növbədənkənar parlament seçkilərindən sonra Makronun rəhbərlik etdiyi siyasi qüvvənin yeni formalaşan parlamentdə stabil çoxluğu təmin edə bilmədiyi bəlli olduqdan sonra istefa vermiş Qabriel Atal icra edir. Fransa mətbuatında da yayılır ki, Fransanın yeni baş naziri iqtisadçı, Parisin maliyyə meneceri Lüsi Kaste təyin edə bilər. Sonuncu artıq həmin vəzifəni tutmağa hazır olduğunu bəyan edib. Onu da xatırladaq ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri