Modern.az

YAP-ın siyahısına düşməyən naxçıvanlı deputat DANIŞDI

YAP-ın siyahısına düşməyən naxçıvanlı deputat DANIŞDI

Aktual

25 İyul 2024, 14:56

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülməyən millət vəkillərindən biri də Cəbi Quliyevdir.

 

Cəbi Quliyev seçkilərdən sonrakı fəaliyyəti barədə Modern.az-a danışıb. O bildirib ki, fəaliyyətini ali məktəblərin birində davam etdirməyi planlaşdırır:


"Mən əvvəl də Naxçıvan Dövlət Universitetində dərs deyirdim. Yəqin ki, bundan sonra da ali məktəblərin birində çalışacağam. Bununla paralel olaraq gənclər sektoruna qayıtmağı düşünürəm".

 

Qeyd edək ki, Cəbi Quliyev 1990-cı il avqustun 29-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Gecəzur kəndində anadan olub. O, 2020-ci ildə 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputat seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri