Modern.az

Kanalda batan yeniyetmə hələ də axtarılır

Kanalda batan yeniyetmə hələ də axtarılır

Aktual

25 İyul 2024, 14:00

Xəbər verildiyi kimi, 23 iyul 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış əməliyyatları fasiləsiz olaraq davam etdirilir.

 

Ölkədə müşahidə olunan intensiv yağıntılarla əlaqədar kanalda suyun axın sürətinin həddən artıq yüksək olması axtarış əməliyyatını çətinləşdirir.

 

Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri