Modern.az

Polad Bülbüloğlunun namizədliyinə Akif Nağıdan reaksiya: "İstəməzdim həmin dairədə qarabağlı olsun"

Polad Bülbüloğlunun namizədliyinə Akif Nağıdan reaksiya: "İstəməzdim həmin dairədə qarabağlı olsun"

Aktual

25 İyul 2024, 15:54

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Səfir 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb.

Polad Bülbüloğlunin seçki marafonuna qoşulması həmin dairədən namizədliyini irəli sürən digər şəxslər üçün gözlənilməz xəbər olub.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən  Azad Vətən Partiyasının sədri Akif Nağı Modern.az-a deyib ki, 1 sentyabrda sağlam rəqabət gözləyir:

“Polad Bülbüloğlunun 124 saylı dairədən namizədliyini irəli sürməsinə heç bir etirazım yoxdur. Azərbaycanda tanınan şəxsdir, ölkə vətəndaşıdır və buna hüququ var. Təbii ki, keçmiş Qarabağ Azadlıq Təşkilatının sədri kimi istəyərdim ki, mənim namizədliyimi irəli sürdüyüm dairədə qarabağlılardan namizəd olmasın. Çünki 30 il hər kəsin gözü qarşısında mən və təşkilatımız mübarizə aparmışıq. Seçkilərdə normal, düzgün mübarizə aparacağıq. Kimsə qalib gələrsə də təbrik edəcəyik".

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri