Modern.az

Goranboyun Mənəşli kəndində səyyar qəbul keçirilib - FOTO

Goranboyun Mənəşli kəndində səyyar qəbul keçirilib - FOTO

Aktual

25 İyul 2024, 14:36

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilib.

Modern.az xəbər verir ki, səyyar qəbullar əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə Mənəşli kəndində səyyar qəbul keçirib.

Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən yol, elektrik və rabitə təsərrüfatı xətlərinin yenilənməsi məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri