Modern.az

Professor Şuşadan deputatlığa namizəd oldu

Professor Şuşadan deputatlığa namizəd oldu

Aktual

26 İyul 2024, 10:57

Tibb elmləri doktoru, professor Mübariz Əliyevin deputatlığa namizədliyi qeydə alınıb. Modern.az-ın məlumatına görə, o, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb.

Dünya şöhrətli alim, cərrah, ictimai xadim Mübariz Yaqub oğlu Əliyev 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək 1986-cı ilədək Sumqayıt şəhər xəstəxanasında cərrah işləyib. 1986-1989-cu illərdə I Moskva Tibb İnstitunda aspiranturada olub və namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Bu səbəbdən Elmi Suranın qərarı ilə I Moskva Tibb İnstitunda saxlanılıb. Lakin sonralar öz xahişi ilə Azərbaycan Tibb Unuversitetinə işə göndərilib.
2009-cu ildə ABŞ-da təhsil alıb.
Hazırda Azərbaycan Tibb Unuversitetinin professorudur.

M.Əliyev 2012-ci ildən həm də ATU-nun Tədris Cərrahlıq Klinikasının cərrahiyyə şöbəsinin müdiridir. 2024-cü ildən DSX hospitalında professor konsultant işləyir. 2009-cu ildən Prezident yanında Ali Attestasiya komissiyasının Ekspert Şurasının üzvüdür. Dünyada tanınmış şəhiyyə təşkilatçısıdır. I və II Qarabağ müharibəsinin iştirakçısıdır. Ailəlidir, bir övladı var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri