Modern.az

Şamaxıda narkokuryer tutuldu

Şamaxıda narkokuryer tutuldu

26 İyul 2024, 17:08

Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb.

 

Qeyd edilib ki, ondan marixuana və rayonun Çağan kəndində çay kənarında aqrotexniki qulluq edərək yetişdirdiyi 28 ədəd çətənə kolu aşkarlanıb.

 

Məhkəmənin qərarı ilə Ş.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri