Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin prezidenti Mahmud Abbasdan Türkiyə parlamentində çıxış etmək üçün dəvətə cavab vermədiyinə görə üzr istəməsini tələb edib.
Modern.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
“Mən çox təəssüf edirəm ki, biz onu dəvət etsək də, cənab Abbas parlamentdə çıxış etmədi. Bizdən üzr istəməlidir. Onun Türkiyəyə gələ biləcəyini gözləyirik”, - deyə Ərdoğan bildirib.
Mahmud Abbas Fələstin Dövlətinin prezidenti və dövlətin ən böyük siyasi partiyası olan Fəthin (Fələstin Milli Azadlıq Hərəkatı) lideridir.