Modern.az

Pezeşkianın andiçmə mərasimində Azərbaycanı bu şəxslər TƏMSİL EDƏCƏK

Pezeşkianın andiçmə mərasimində Azərbaycanı bu şəxslər TƏMSİL EDƏCƏK

Aktual

29 İyul 2024, 10:22

İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah - iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.

 

İranın Azərbaycandakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək Azərbaycan nümayəndə heyəti açıqlanıb.

 

Səfirlikdən verilən məlumata görə, baş nazir Əli Əsədov, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri- Cavanşir Paşazadə, Hikmət Məmmədov, Əziz Ələkbərli andiçmə mərəsiminndə iştirak edəcək.

 

Qeyd edək ki, tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu