Modern.az

Şahzadə vəfat etdi

Şahzadə vəfat etdi

Aktual

29 İyul 2024, 10:28

Tarixçi və yazıçı kimi tanınan Yunanıstan və Danimarka şahzadəsi Maykl Afina xəstəxanalarından birində dünyasını dəyişib. Onun 85 yaşı var idi.

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti məlumat yayıb. 

Mişel De Qres təxəllüslü şahazadə iyulun 28-də dünyasını dəyişib.

Kral ailəsinin nümayəndəsi ilə vidalaşmanın nə vaxt baş tutacağı hələ ki açıqlanmır.

O, yunan kralı Georqun yeganə sağ nəvəsi idi. Mayklın atası şahzadə Kristofer kralın beşinci oğlu idi. Şahzadə atasını bir yaşında ikən itirmişdi. Onun  anası Fransua Dorlean isə Burbon nəslindən idi.

Şahzadə Maykl 1939-cu il yanvarın 7-də anadan olub. O, 1967-ci ilin dekabr çevrilişindən sonra Yunanıstanı tərk etməyən yunan kral ailəsinin yeganə üzvü idi. O, həm də yunan kral ailəsinin Yunanıstan vətəndaşlığına sahib olan yeganə üzvü idi.

Şahzadə Maykl Mərakeş və İspaniyada böyüyüb, lakin həmişə yunan tarixi və mədəniyyətilə maraqlanıb. Fransada təhsilini başa vurduqdan sonra vətənə - Yunanıstana qayıdıb, süvari və zirehli korpusda xidmət edib.

Şahzadə Maykl 1965-ci ildə rəssam Marina Karella ilə evlənib və yunan taxtından imtina edib.

Şahzadə həm də yazıçı kimi geniş tanınırdı. O, bir neçə ən çox satılan tarixi romanlar yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu