Modern.az

Güclü yağış vətəndaşların fərdi təsərrüfatlarına ciddi ziyan vurdu - FOTO

Güclü yağış vətəndaşların fərdi təsərrüfatlarına ciddi ziyan vurdu - FOTO

Aktual

29 İyul 2024, 13:08

İyulun 28-i günün birinci yarısından başlayaraq yağan leysan xarakterli yağış nəticəsində, Goranboy rayonu ərazisində çaylarda suyun səviyyəsi artmış, bir sıra yaşayış məntəqələrində, o cümlədən Qazanbulaq qəsəbəsi, Borsunlu, Nadirkənd, Azad, Dəyirmanlar və Nizami kəndlərində fərdi təsərrüfatlara və əkin sahələrinə ziyan dəymiş, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

 

Modern.az xəbər verir ki, mövcud vəziyyətlə bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və RİH-nin məsul əməkdaşları axşam saatlarından operativ olaraq, ərazilərdə olmuş, aidiyyəti xidmət sahələrinin əməkdaşlarını və lazımi texnikaları ərazilərə cəlb etməklə, fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər görülüb. Hazırda həmin yaşayış məntəqələrində elektrik enerjisinin təhcizatı bərpa edilmiş, fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir.

 

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, selin ziyan vurduğu yaşayış məntəqələrində olub, mövcud problemlərlə yerində maraqlanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu