Modern.az

Şuşa  Media Forumu: Azərbaycan lideri dövlətçilik sənətinin ən yüksək keyfiyyətini nümayiş etdirdi

Şuşa  Media Forumu: Azərbaycan lideri dövlətçilik sənətinin ən yüksək keyfiyyətini nümayiş etdirdi

30 İyul 2024, 12:49

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu keçirilib. Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

 

Forum ərzində "Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu", "Mediada investisiya və istehlak tendensiyaları", "Təhlükəsizlik məsələləri" adlı sessiyalar keçirildi, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb.

 

Həmçinin Qlobal Forum çərçivəsində bəzi "side-event"lər (paralel tədbirlər), sərgi və təlimlər də keçirilib.

 

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

 

İrlandiyalı tarixçi və politoloq Patrik Uolş Modern.az-a bildirib ki, İkinci Qlobal Şuşa Forumu çox mühüm tədbirə çevrilib:

 

“Onun bu il dezinformasiya ilə mübarizə mövzusu, əlbəttə ki, Azərbaycan üçün mühüm vəzifədir. Qərb mediası Azərbaycanla bağlı qərəzli və təhriflərlə doludur və bu, müntəzəm və mütəmadi olaraq xarakterə sui-qəsd formasında stereotipləşdirilir. Biz Qərbdə Cənubi Qafqazdakı hadisələri izləyənlər üçün Prezident Əliyevin dəvət olunmuş media ilə sual-cavab sessiyası əsl maarifləndirici oldu. O, Avropa, ABŞ, Rusiya ilə münasibətlər, Qəzza və Ukraynadakı münaqişələr, yaşıl iqtisadiyyata keçid kimi müxtəlif mövzularda ölkənin siyasətini geniş izah edib. Prezident Əliyevin Şuşada öz auditoriyasına verdiyi kimi hansı Qərb lideri suallara belə dolğun cavab verə bilərdi? Biz, Qərbdə, bir cümlədə bir arqumenti çətinliklə birləşdirə bilən liderlərə getdikcə öyrəşmişik. Bundan fərqli olaraq, Azərbaycan lideri Şuşada dünya mətbuatına dövlətçilik sənətinin ən yüksək keyfiyyətini nümayiş etdirir və bu insanlar Şuşada eşitdiklərindən, gördüklərindən heyran qalmaya bilməzlər. Buna görə də Qlobal Media Forumu çox əhəmiyyətlidir”.

 

Britaniyalı politoloq Neil Uatson qeyd edib ki, forum dünya mediasında geniş əks-səda doğurub:

 

“Formda üç saatdan artıq müddət ərzində dövlət başçısına - Prezident Əliyevə suallar vermək üçün misilsiz imkan yaranıb. Bu, hətta Qərb ölkələrində belə qeyri-adi və demək olar ki, görünməmiş haldır. Bəzi aparıcı beynəlxalq media xadimləri son mövzuları müzakirə etmək üçün bir araya gəlirlər. Burada onlar sosial media və süni intellekt işığında media istehsalçıları və istehlakçılar arasında dezinformasiya, saxtalaşdırma və tənqidi düşüncənin olmaması məsələlərini müzakirə ediblər.

 

Fikir mübadiləsi aparmaq üçün 57 ölkədən 200-ə yaxın media ekspertini bir araya gətirilib. Bu, böyük hadisədir. Bununla bərabər, Şuşada ev sahibliyi Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini dərk etməyə kömək edir və həm Şuşada, həm də Laçında baş verən dağıntıları və yenidən qurulmasını görmək imkanı verir. Bundan əlavə, bu, həm də COP29-un media üçün buraxılış platforması kimi əhəmiyyətli idi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu