Mərakeş kralı Məhəmməd üç tanınmış jurnalist də daxil olmaqla, 2 min 476 məhbusun azadlığa buraxılması barədə fərman imzalayıb.
Modern.az xəbər verir ki, əfv fərmanı kralın hakimiyyətinin 25-ci ildönümü münasibətilə imzalanıb. Əfv olunanların arasında üç jurnalist, həmçinin ekstremizm və terrorizmdə təqsirli bilinən 16 məhbus da var.
Qeyd edək ki, Mərakeş konstitusiyası krala məhkumları əfv etmək və ya həbs müddətlərini azaltmaq hüququ verir. Belə qərarlar adətən milli bayramlar və əlamətdar günlər ərəfəsində qəbul edilir.