Modern.az

Qaradağ və Binəqədi rayonlarında qaz olmayacaq

Qaradağ və Binəqədi rayonlarında qaz olmayacaq

31 İyul 2024, 08:42

“Lökbatan” QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

 

"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, işlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Məlumata görə, bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu