Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Partiya seçki Qərargahının rəhbəri Kamran Məmmədli məlumat verib.
Tural Abbaslının namizədliyi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyini irəli sürülüb və Partiya sədrinə artıq namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə təqdim edilib.
Qeyd edək ki, Tural Abbaslının Yeni Azərbaycan Partiyasından (YAP) rəqibi Məlahət İbrahimqızıdır.
Bundan əvvəl Azad Vətən Partiyasının sədri Akif Nağının 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi qeydə alınıb.