Modern.az

“Cavanşir” körpüsü ərazisindəki yolda işlər yekunlaşır - Ən son GÖRÜNTÜLƏR

“Cavanşir” körpüsü ərazisindəki yolda işlər yekunlaşır - Ən son GÖRÜNTÜLƏR

31 İyul 2024, 10:56

“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

Bildirilib ki, layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yolun və əsas yola birləşən giriş-çıxış yollarının tikintisi üçün yol əsasının inşası da yekunlaşdırılaraq asfaltlanma işləri yerinə yetirilib. 

 

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib.

 

Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu