Modern.az

Aksiz markasız 700 minə yaxın siqaret məhv edildi

Aksiz markasız 700 minə yaxın siqaret məhv edildi

31 İyul 2024, 16:52

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycanın aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.

 

Modern.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, gömrük orqanlarının saxladığı, aksiz markasız 34 554 qutu (691 080 ədəd) xarici markalı siqaret istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu