Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyevanın deputatlığa namizədliyi qeydə alınıb.
Modern.az xəbər verir ki, onun namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən irəli sürülüb.
Mehriban Vəliyevaya artıq namizəd vəsiqəsinin təqdim edildiyi bildirilir.
Qeyd edək ki, Mehriban Vəliyeva 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. O, ötən ilin oktyabr ayında bu vəzifədən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilib.