Modern.az

Parisdə ikinci dəfə Azərbaycan himni... 

Parisdə ikinci dəfə Azərbaycan himni... 

Aktual

1 Avqust 2024, 21:19

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev mükafatlandırılıb.

 

Modern.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımıza qızıl medal təqdim olunub.

 

Olimpiya çempionumuzun şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər cüdoçusu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi