Modern.az

Parisdə cüdoçumuz 1/4 finala vəsiqə qazandı

Parisdə cüdoçumuz 1/4 finala vəsiqə qazandı

Aktual

2 Avqust 2024, 13:08

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Modern.az xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Finlandiya təmsilçisi Martti Puumalainenlə üz-üzə gəlib.

Təmsilmiz rəqibini ipponla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.

Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu