Azərbaycan Standartlaşdırma İnstitunun rəhbəri İlham Bayramov MUSİAD Azərbaycanın ofisində olub.
Modern.az xəbər verir ki, bu barədə MUSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli məlumat yayıb.
Görüş zamanı geniş fikir mübadiləsi aparılıb, təqdimatlar dinlənilib, əməkdaşlıq perspektivləri müzakirə edilib.
"Qeyri qida sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması üçün təkliflərimizi dilə gətirdik. Qida sahəsində olduğu kimi qeyri qida sektorunda da təkmilləşdirilmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qeyri qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir. Xüsusilə öllkəmizə idxal olunan məhsulların standartın tələblərinə uyğunluğuna nəzarətin demək olar ki, olmamasının təhlükəsizlik baxımından təhdid olduğu qənaətindəyik. Bu isə öz növbəsində sağlam rəqabət mühitin formalaşmasına da ciddi təsir edir. Eyni zamanda itehlakçılar arasında standartlaşma ilə bağlı maarifliliyin artırılması istiqamətində bəzi addımlar atılması gərəkdiyini düşünürük.
Ötən il dövlət başçımız tərəfindən təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə aidiyyatı dövlət qurumlarımızın qarşısında duran önəmli bir məsələ olduğunu göstərir.
Azərbaycan Milli Standartlaşma İnstitutu ötən 2 il ərzində ciddi məsafələr qət etmişdir. İnanırıq ki, qısa zamanda qeyri-qida sektorunda da standartlaşmanınn təkmilləşdirilməsi baxımından müsbət dinamikaların şahidi olacıq.
Azərbaycan Milli Standartlaşma İnstitutunun rəhbəri İlham müəllimə və bərabərindəki heyətə təşəbbüslərindən və ziyarətlərindən dolayı təşəkkür edirik.
MUSAİD Azərbaycan olaraq bizlər də bu proseslərdə fəal iştirak etməyə, beynəlxalq təcrübəmizi paylaşmağa, əlimizdən gələn dəstəyi verməyə hazırıq", - o qeyd edib.