Modern.az

Ötən ay 29 aptekdə yoxlama aparılıb - 5-də nöqsan aşkarlanıb

Ötən ay 29 aptekdə yoxlama aparılıb - 5-də nöqsan aşkarlanıb

2 Avqust 2024, 16:32

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə ümumilikdə 29 aptekdə yoxlama aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.

 

Bildirilib ki, 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib. Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI