Modern.az

Türkiyənin İsraildəki diplomatı XİN-ə çağırıldı

Türkiyənin İsraildəki diplomatı XİN-ə çağırıldı

2 Avqust 2024, 17:57

Türkiyənin İsraildəki səfirinin müavini Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

 

Məlumata görə, buna səbəb Türkiyənin İsraildəki səfirliyinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar olaraq ölkə bayrağını yarıya endirməsi olub.

 

Həmçinin qeyd edək ki, İsmayıl Haniyənin ölümü ilə əlaqədar olaraq avqustun 2-də Türkiyədə bir günlük matəm elan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI