Modern.az

Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Aktual

3 Avqust 2024, 12:14

Avqustun 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, avqustun 03-ü saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

 

Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 12 mm, Zaqatala 6 mm, Qusarda 5 mm, Balakən, Şəki, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.


Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu