Modern.az

Qaxda 59 yaşlı kişini maşın vurdu

Qaxda 59 yaşlı kişini maşın vurdu

Aktual

3 Avqust 2024, 12:50

Qax şəhərində 59 yaşlı kişini avtomobil vurub.

Modern.az xəbər verir ki, hadisə avqustun 2-si axşam saatlarında şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, Nicat Verdiyev "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Okroconaşvili Tengiz Şakroyeviçi vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri ala T.Okroconaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu