Modern.az

Müsavatın başqan müavini deputatlığa namizəd oldu

Müsavatın başqan müavini deputatlığa namizəd oldu

3 Avqust 2024, 20:16

Müsavat Partiyasından növbədənkənar parlament seçkilərinə qatılan 6 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Modern.az xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınanlardan biri başqan müavini Razim Əmiraslanlıdır.

Belə ki, onun deputatlığa namizədliyi 10 saylı Binəqədi üçüncü seçki dairəsindən qeydə alınıb.

“Qeydə alındığım dairədə maraqlı bir seçki olacaq. Mən qələbə üçün əzmlə bu yola çıxmışam”, - R.Əmiraslanlı deyib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Hümbət Rəhim oğlu Hüseynovun namizədliyini irəli sürüb.

Böyük Azərbaycan Partiyası sədri Elşad Musayev də 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb və qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR