Modern.az

Goranboyda növbəti səyyar qəbul - FOTO

Goranboyda növbəti səyyar qəbul - FOTO

Aktual

6 Avqust 2024, 17:37

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.

 

Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Rus Borisi kəndində səyyar qəbul keçirdi.

 

Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən təbii qaz, elektrik enerjisi və rabitə təsərrüfatı xətlərinin yenilənməsi, yol məsələlərinin həlli ilə bağlı, müzakirələr apardı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri