Modern.az

Fazil Qasımovun məhkəməsinin vaxtı

Fazil Qasımovun məhkəməsinin vaxtı

7 Avqust 2024, 15:31

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımovun istintaqı yekunlaşıb.

Modern.az xəbər verir ki, istintaq orqanı tərəfindən Fazil Qasımovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri