Modern.az

Keçmiş məhkum 99 min manata görə yenidən tutuldu

Keçmiş məhkum 99 min manata görə yenidən tutuldu

Aktual

8 Avqust 2024, 13:59

Cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.

 

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI