Modern.az

Saxta bilet satışı ilə bağlı XƏBƏRDARLIQ 

Saxta bilet satışı ilə bağlı XƏBƏRDARLIQ 

Aktual

9 Avqust 2024, 21:31

Son günlərdə kiberdələduzlar tərəfindən vətəndaşlara qarşı ölkədə fəaliyyət göstərən müxtəlif teatr və sərgilər adından saxta bilet satışı şəklində dələduzluq həyata keçirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

 

Məlumata görə, kiberdələduzlar sosial şəbəkə platformaları vasitəsilə “azdrama.online” adlı saxta veb-sayt adından saxta bilet satışı həyata keçirirlər.

 

Veb-sayta daxil olduqdan sonra vətəndaşlar bank kartı və digər fərdi məlumatların ələ keçirilməsi məqsədilə “3dsguard.online/payment/main” ünvanına yönləndirilirlər.

 

ETX vətəndaşlara rəsmi olmayan veb-saytlara etimad etməməyi, bank və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı məhsul və ya xidmətləri alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri