1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Sumqayıt şəhəri 12-ci mikrorayon köçkün şəhərciyində Ceyhun Məmmədovun vətəndaşlarla növbəti görüşü keçirilib.
Modern.az xəbər verir ki, Cəbrayıl rayon sakinlərinin iştirakı ilə keçirilən görüşdə vətəndaşlar namizəd Ceyhun Məmmədova seçkilərdə uğurlar arzuladıqlarını, ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirdiklərini qeyd ediblər.
Seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov cənab prezident tərəfindən aparılan islahatlar, Böyük Qayıdış Dövlət Proqramının əhəmiyyəti, abadlıq-quruculuq işləri haqqında vətəndaşları məlumatlandırıb.
Sonda seçicilərin təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə müvafiq fikir mübadiləsi aparılıb.