Modern.az

Dövlət Komitəsinin şöbə müdiri vəfat etdi - FOTO

Dövlət Komitəsinin şöbə müdiri vəfat etdi - FOTO

Aktual

14 Avqust 2024, 11:35

Dövlət Statistika Komitəsinin şöbə müdiri vəfat edib. 

 

Modern.az "iqtisadiyyat.az"a istinadən xəbər verir ki, komitənin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Paşa Yaşar Əhməd oğlu dünyasını dəyişib. 

 

Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. 

 

Qeyd edək ki, P.Yaşa 1962-ci anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə ilə bitirib. 


1984-1999-cu illərdə Dövlətstatkomda iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, idarə rəisinin müavini vəzifələrində işləyib. 


1999-cu ildən Dövlətstatkomun Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildən isə Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri idi.

1370857

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI