Modern.az

Ceyhun Məmmədov idmançılarla görüşdü - FOTO

Ceyhun Məmmədov idmançılarla görüşdü - FOTO

Aktual

14 Avqust 2024, 17:08

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Milli Qəhrəman Şikar Aslanov adına idman klubunda idmançılarla görüşüb.

 

Modern.az xəbər verir ki, klubun idman müəllimi Mehman müəllimin gənclərə keçdiyi dərsin iştirakçısı olub. İdmançıların məharətləri ilə yaxından tanış olub.


Gənclərə bu gün pis vərdişlərdən uzaq olub idmanla məşqul olduqlarını, doğru yolda olduqları barədə tövsiyələrini söyləyib. 


Hər birinin öz üzərlərində bundan sonra da məsuliyyətlə çalışıb, gələcəkdə dövlətimizi təmsil edəcək və üç rəngli bayrağımızı dalağalandıracaqlarını ümid etdiyini söyləyib.


Bütün gənclərə  maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI