Modern.az

İranda yeni nazirlərdən 3-ü azərbaycanlıdır - ADLAR

İranda yeni nazirlərdən 3-ü azərbaycanlıdır - ADLAR

Aktual

14 Avqust 2024, 17:39

Xəbər verildiyi kimi, İranın yeni prezidenti Məsud Pezeşkian Nazirlər Kabineti üzvlərinin siyahısını parlamentə təqdim edib.

Parlamentin reqlamentinə əsasən, deputatlara təklif olunan nazirlərin proqramlarına baxmaq üçün bir həftə vaxt verilir, bundan sonra parlament plenar iclaslarda nazirlərin səlahiyyətlərini qiymətləndirməyə başlayacaq.

İran mediasının məlumatına görə, Məsud Pezeşkian yeni nazirlərin siyahısı ilə bağlı müxtəlif dairələrdən, xüsusən də islahatçı qanaddan tənqidlərə tuş gəlib.
Qeyd edilir ki, Pezeşkianın yeni kabinetdə etnik xalqların nümayəndələrinə yer verməməsi tənqid olunub. Bildirilir ki, yeni hökumətin tərkibinə Ruhani və Rəisinin dövründə bürokrat olmuş bir çox şəxs daxildir.

Modern.az xəbər verir ki, Güney Azərbaycandan olan soydaşlarımızın sosial şəbəkələrdə paylaşdığı məlumatlarına görə, Məsud Pezeşkianın Nazirlər Kabinetində 3 nəfər azərbaycanlı da yer alıb.

Bunlar aşağldakı nazirlərdir:

Abdul Nasser Himmeti - İqtisadiyyat və Maliyyə Nazirliyi
Əmir Əziz Nəsirzadə - Müdafiə, Logistika və Silahlı Qüvvələr Nazirliyi
Qulamrza Nuri - Kənd Təsərrüfatı Nazirliyi

 


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ