Modern.az

Küçədə iti baltalayan şəxsə bu cəza verildi

Küçədə iti baltalayan şəxsə bu cəza verildi

Aktual

14 Avqust 2024, 18:45

Binəqədi rayonu, Biləcəri qəsəbəsində heyvana qarşı qəddarlıq edən şəxs məhkəməyə çıxarılıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müstəntiq barəsində inzibati qaydada protokol tərtib edilmiş 42 yaşlı X.Muradovun həbsini tələb edib.

 

Məhkəmə heyvana rəhmsiz davranan şəxsin cəzalandırılmasını qanuna uyğun hesab edib.

 

Qərara əsasən X.Muradov 1 aylıq inzibati qaydada həbs edilib.

 

Qeyd edək ki, X.Muradov ötən gün günorta saatlarında iti baltalayaraq, heyvana işgəncə verib. Hadisə ərtafdakı azyaşlıların gözü qarşısında baş verib. Həmin şəxs qısa müddətə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ