Modern.az

Əli Məsimli Qax kəndlərində

Əli Məsimli Qax kəndlərində

Aktual

14 Avqust 2024, 19:34

Avqust ayının 14-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Böyük Alatəmir, Qarameşə, Fısdıqlı kəndlərində yaşayan seçicilərlə görüş keçirmişdir. 

Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşdə də əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əli Məsimli platforması barədə məlumat verdi. O, Qax kəndləri üçün xarakterik olan məsələlərin həllini sürətləndirməkdən ötrü onları sisitemləşdirib növbəti regional inkişaf proqramına salınması zərurətini qeyd etdi. 

Görüş iştirakçıları çıxışlarında yaşadıqları kəndlərdə mövcud olan problemləri səsləndirdilər və onların həllinin sürətləndirilməsinin vacibliyini vurğuladılar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ