Modern.az

Tural Gəncəliyev seçicilərlə görüşdü - FOTOLAR

Tural Gəncəliyev seçicilərlə görüşdü - FOTOLAR

Aktual

15 Avqust 2024, 08:56

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürən Tural Gəncəliyev seçicilərlə növbəti görüşünü keçirib.

 

Xocalı soyqırımı abidəsinin önündə baş tutan görüşdə Tural Gəncəliyev görüşün belə bir məkanda keçirilməsinin simvolik məna daşıdığını bildirib.

 

T. Gəncəliyev seçiciləri seçkilərdə fəal olmağa çağırıb. Seçicilər qarşısında özünün seçki platformasını açıqladıqdan sonra görüşdə iştirak edən seçicilərin suallarını cavablandırdı. Sonda T. Gəncəliyev seçicilərlə fərdi qaydada söhbət edərək onların qayğıları ilə maraqlandı.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI