Modern.az

Məşhur Məmmədov seçicilərlə görüşdü - FOTOLAR

Məşhur Məmmədov seçicilərlə görüşdü - FOTOLAR

Aktual

15 Avqust 2024, 18:25

Deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü Qızılavar kənd Ağsaqqallar klubunun binasında olub.

 

O, Qızılavar, Dəlləkoba kəndlərinin seçiciləri ilə səmimi ortamda görüş keçirib.

 

"Seçicilər Yeni dövrə Yeni Azərbaycan Partiyası ilə getməkdən məmnunluğunu ifadə etdilər. Millət vəkilindən gözləntiləri onların səslərinin əlaqədar yerlərə çatdırılmasıdır. Milli Məclisin VI çağırış deputatl olduğum zamanlarda da seçicilərlə görüş və səlahiyyətim daxilində onların probleminin həllinə dəstək hər zaman mənim üçün prioritet olub. 

Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı islahatlar nəticəsində rayonda aparılan quruculuq-abadlıq işlərindən məmnunluq ifadə edən seçicilərə gələcəkdə iqtisadi yüksəlişin daha da artacağını, qeyri-neft sektoruna artırılan diqqət nəticəsində regionların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşacağından bəhs etdim. Sonda bir daha seciciləri fəal olmağa, layiq bildikləri namizədə səs verməyə səslədim", - Məşhur Məmmədov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI