Modern.az

Kirayələdiyi maşınla narkotik daşıyırmış

Kirayələdiyi maşınla narkotik daşıyırmış

Aktual

16 Avqust 2024, 09:41

Baş Dövlət Yol Polisi İdarəsinin Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda “KIA” markalı avtomobilin sürücüsü yol-patrul xidməti əməkdaşının “Saxla” işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb.


Bu haqda Modern.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.


Araşdırma zamanı F.İsayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi və kirayələdiyi avtomobildə narkotik vasitə daşıması müəyyən olunub. Belə ki, avtomobilə baxış zamanı oradan ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi iki kiloqrama yaxın olan narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə avtomobil kirayələyən F.İsayev aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI