Modern.az

Evində silah gizlədən şəxs tutuldu 

Evində silah gizlədən şəxs tutuldu 

16 Avqust 2024, 22:29

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah saxlayan A.Məmmədli saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən tapança aşkarlanıb.

 

Saxlanılan şəxs silahı tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI