Modern.az

Evində qumbara partlayan şəxsin yaxınları DANIŞDI

Evində qumbara partlayan şəxsin yaxınları DANIŞDI

Aktual

17 Avqust 2024, 19:56

Ötən gün Sumqayıtda 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yerləşən yaşayış binasında mənzildə partlayış olub, hadisə nəticəsində 1 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, ölən şəxs Truxin Sergey Valentinoviçin əlində qumbara partlayıb.

 

Sözügedən partlayıcı maddənin mənzilə hansı formada gəlib çıxması hələ də məlum deyil.

 

Lakin ölən şəxsin yaxınlarının sözlərinə görə, onun səhhətində problemlər olub.

 

Hətta müalicə olunması üçün tez-tez aralarında mübahisə yaransa da, Truxin Sergey Valentinoviç müalicə olunmaqdan imtina edib.

 

Qeyd edək ki, mənzildə döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi də aşkarlanıb.

 

Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI