Modern.az

Azərbaycan BRİKS-ə qoşulmaq istəyir - Polad Bülbüloğlu

Azərbaycan BRİKS-ə qoşulmaq istəyir - Polad Bülbüloğlu

Aktual

18 Avqust 2024, 16:57

“Azərbaycan BRİKS-ə qoşulmaq istəyir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.

 

“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə o bildirib.

 

BRİKS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata qoşulub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI