Modern.az

Amfibiya təyyarəsi Türkiyədəki yanğınlarla mübarizəyə başladı

Amfibiya təyyarəsi Türkiyədəki yanğınlarla mübarizəyə başladı

Aktual

18 Avqust 2024, 17:51

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI