Modern.az

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO

18 Avqust 2024, 21:16

1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Binəqədi rayonu Binəqədi Qəsəbəsi məcburi köçkün şəhərciyində təbliğat-təşviqat kampaniyası çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən YAP-ın vahid namizədi Ceyhun Məmmədovun seçiciləri ilə növbəti görüşü keçirilib.

 

Yeni Azərbaycan Partiyasının “Yeni Dövrə Yeni Azərbaycanla” şüarı ilə yeni mərhələyə qədəm qoyması, partiyamızın hər zaman dövlətimizin, Ulu Öndərin, cənab prezidentin siyasətinə sadiqlik nümayiş etdirməsini qeyd edən Ceyhun Məmmədov bugün müstəqil Azərbaycanın qurucusunun Heydər Əliyev olduğunu qeyd edib. Seçicilər namizəd Ceyhun Məmmədova dəstək olduqlarını, ötən dövr ərzində millət vəkilinin fəaliyyətini, seçicilərlə aparılan intensiv işi yüksək qiymətləndirdiklərini bildiriblər. Səsvermə günü seçicilərə yüksək fəallıq və iştirakçılıq arzu edən Ceyhun Məmmədov bundan sonra da bu fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

 

Görüşün sonunda seçicilərin fikir və təkliflərini dinlənilib, mövcud problemlərin operativ qaydada həlli ilə müvafiq söhbətlər aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI