Modern.az

İlin ilk Super Ayı

İlin ilk Super Ayı

Aktual

19 Avqust 2024, 07:59

Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

 

Super Ay adlandırılan bu hadisə zamanı Ay 14 % böyük və 30 % parlaq görünür. Bu gün Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək ki, bu zaman Yerlə Ay arasındakı məsafə 361 969 km olacaq.

 

Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI