Modern.az

Cinayətdə şübhəli bilinən 79 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 79 nəfər saxlanıldı

Aktual

19 Avqust 2024, 10:14

Avqustun 17-18-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI