Modern.az

“Seçki könüllüləri” gənc seçiciləri məlumatlandırmağa davam edir - VİDEO

“Seçki könüllüləri” gənc seçiciləri məlumatlandırmağa davam edir - VİDEO

19 Avqust 2024, 12:45

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi prosesi davam etdirilir.

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə zamanı “Seçki könüllüləri” tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində gənc seçicilərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, “Seçki könüllüləri” qrupunun məqsədi gənclərin seçki hüququ, seçki mədəniyyəti, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edənlərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasına töhfə verməkdir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI