Modern.az

Məşhur Məmmədov seçicilərlə görüşdü - FOTOLAR

Məşhur Məmmədov seçicilərlə görüşdü - FOTOLAR

Aktual

19 Avqust 2024, 09:41

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 74 saylı Masallı şəhər seçki dairəsindən namizədi Məşhur Məmmədovun təbliğat-təşviqat kampaniyası davam edir.

 

Modern.az xəbər verir ki, təşviqat mərhələsi çərçivəsində növbəti görüş Masallı rayonunun Yeddioymaq kənd bələdiyyə binasının həyətində İkinci Yeddioymaq, Birinci Yeddioymaq, Qasımlı kəndlərinin seçiciləri ilə keçirilib.

 

"Əvvəlcə kəndin Şəhidlər Xiyabanında Vətən yolunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etdik.
Görüşdə seçiciləri səmimiyyətlə salamlayaraq  ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar barədə məlumat verdim. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Yeni Dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin  dayandığını söylədim. Bildirdim ki, yeni mərhələdə də ölkəmiz cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi ilə uğurlu və dinamik inkişafı davam edəcək", - Məşhur Məmmədov bildirib.

 

Görüşdə çıxış edən seçicilər YAP-ın ölkənin rifahı naminə fəaliyyətini  hər sahədə hiss etdiyini, sabitliyin qarantı olduğunu qeyd edərək sentyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini vurğuladılar".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI