Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov təbliğat-təşviqat mərhələsi çərçivəsində seçicilərlə görüşüb.
Modern.az xəbər verir ki, görüş YAP Gəncə Şəhər Təşkilatında baş tutub.
"Ölkəmizdə indiyə qədər aparılan fundamental islahatlar, müasir tendensiyalar, 44 günlük Vətən Müharibəsindəki zəfərimizin tarixi əhəmiyyəti, Qarabağa qayıdış, işğaldan azad edilmiş torpaqlarda yeni həyata hazırlığın mənəvi məsuliyyəti, sosial-iqtisadi tədbirlər paketi, məşğulluq imkanları, gənclər siyasəti və s. haqqında seçicilərimizə danışdıq. Yekunda seçicilərimizin fikir və təklifləri dinlədik, mövcud problemlərin operativ qaydada həlli üçün fikir mübadiləsi aparıdıq", - o qeyd edib.