Modern.az

Ceyhun Məmmədov Şəmkirdə seçicilərlə söhbət etdi - FOTO

Ceyhun Məmmədov Şəmkirdə seçicilərlə söhbət etdi - FOTO

19 Avqust 2024, 20:40

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov avqustun 19-da seçki kampaniyası çərçivəsində Şəmkir rayonunda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə həyətlərdə söhbətlər edib, seçki platforması haqqında məlumat verib.

 

Görüş YAP Cəbrayıl Təşkilatının sədr müavini Məhəmməd Əliyev və Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimovun iştirakı ilə keçirilib. 

 

Ceyhun Məmmədov seçki platforması haqqında geniş məlumat verərək, vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI